Yeni xəbərlər burada görünəcək.

İSTİLƏR 10 MİN NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLDU

LEQAL XƏBƏR məlumat verir ki, Avropada müşahidə olunan anomal isti hava şəraiti 10 mindən çox əlavə ölüm halına səbəb olub. Avropa Ölüm Hallarının Monitorinqi Mərkəzinin hesabatına əsasən, 2026-cı ilin 26-cı həftəsində bütün yaş qrupları üzrə əlavə ölüm göstəricisi 10 min nəfəri keçib. Bu ölümlərin

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Avropada müşahidə olunan anomal isti hava şəraiti 10 mindən çox əlavə ölüm halına səbəb olub.

Avropa Ölüm Hallarının Monitorinqi Mərkəzinin hesabatına əsasən, 2026-cı ilin 26-cı həftəsində bütün yaş qrupları üzrə əlavə ölüm göstəricisi 10 min nəfəri keçib. Bu ölümlərin 9 mindən çoxu 65 yaşdan yuxarı şəxslərin payına düşür.

Məlumata görə, əlavə ölüm hallarının ən yüksək səviyyəsi Fransa və Belçikada qeydə alınıb. Niderland, İspaniya və İsveçrədə göstəricilər orta səviyyədə olub.

Almaniya, Böyük Britaniya və İtaliya isə əlavə ölüm hallarının nisbətən aşağı müşahidə olunduğu ölkələr sırasında yer alıb.

Xatırladaq ki, iyunun ikinci yarısından etibarən Avropanın bir çox bölgəsində anomal isti hava şəraiti müşahidə olunur. Qərbi Avropanın bəzi ölkələrində havanın temperaturu 40 dərəcəni keçib.

Xəbəri paylaş Dostlarınıza göndərin