Yeni xəbərlər burada görünəcək.

İtkin düşən şəxs 14 gündür axtarılır

Leqal xəbər məlumat verir ki, Qubanın Barlı kənd sakini Pərvin Novruz oğlu Daşdı itkin düşüb. Məlumata görə, o, sonuncu dəfə martın 17-si gecə saatlarında kənd ərazisindən keçən Samur–Abşeron su kanalı yaxınlığında görülüb. Bundan sonra həmin şəxsdən heç bir xəbər alınmayıb. Faktla bağlı

15 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Qubanın Barlı kənd sakini Pərvin Novruz oğlu Daşdı itkin düşüb. Məlumata görə, o, sonuncu dəfə martın 17-si gecə saatlarında kənd ərazisindən keçən Samur–Abşeron su kanalı yaxınlığında görülüb. Bundan sonra həmin şəxsdən heç bir xəbər alınmayıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və artıq 14 gündür axtarış tədbirləri davam etdirilir. Bildirilir ki, itkin düşən şəxs ötən il İstanbulda vəfat edən “Şahdağ Quba” futbol klubunun sabiq prezidenti Xanbaba Daşdının qardaşıdır. Polis əməkdaşları onun tapılması istiqamətində zəruri tədbirləri davam etdirir.



Xəbəri paylaş Dostlarınıza göndərin