Leqal xəbər məlumat verir ki, Xalq yazıçısı və ADU-nun rektoru Kamal Abdullanın qadınlarla bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O bildirib ki, qadının daha çox ailəsinə və uşaqlarına vaxt ayırması cəmiyyət üçün faydalı ola bilər.
Kamal Abdulla qeyd edib ki, xüsusi istedadı ilə seçilən qadınların müxtəlif sahələrdə uğur qazanması başqa məsələdir. Bununla yanaşı, qadının evdə ailəsinə diqqət ayırmasının Azərbaycan cəmiyyətinə daha çox xeyir verəcəyini düşündüyünü vurğulayıb.
Səsləndirilən fikirlər sosial mediada fərqli reaksiyalar doğurub. Bəzi istifadəçilər bu yanaşmanı dəstəkləsə də, digərləri qadınların cəmiyyətdə və karyerada daha aktiv rol almasının vacibliyini qeyd ediblər.