Leqal xəbər məlumat verir ki, Kanadanın Baş naziri Mark Karni Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişi alqışladığını bildirib.
O, bu fikirləri İrəvanda keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı zamanı səsləndirib. Karni qeyd edib ki, regionda sabitliyin təmin olunması üçün bu proses mühüm əhəmiyyət daşıyır.
Baş nazir həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə videoformatda iştirak etməsini müsbət qiymətləndirdiyini də vurğulayıb.![]()