Yeni xəbərlər burada görünəcək.

Kanada meşə yanğınlarına görə Donald Trampın ittihamlarına cavab verdi

ABŞ Prezidenti Donald Trampın Kanadanı meşə yanğınlarının qarşısını almaqda aciz olmaqda ittiham etməsindən sonra Britaniya Kolumbiyası əyaləti ABŞ-də baş verən yanğınlarla bağlı havanın keyfiyyəti barədə xəbərdarlıq yayıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "The Guardian" nəşri

3 baxış 3 dəq

ABŞ Prezidenti Donald Trampın Kanadanı meşə yanğınlarının qarşısını almaqda aciz olmaqda ittiham etməsindən sonra Britaniya Kolumbiyası əyaləti ABŞ-də baş verən yanğınlarla bağlı havanın keyfiyyəti barədə xəbərdarlıq yayıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ ərazisində davam edən meşə yanğınlarından qalxan tüstü sərhədi keçərək Kanadanın Britaniya Kolumbiyası əyalətinə yayılıb.

Britaniya Kolumbiyası Meşə Yanğınları ilə Mübarizə Xidmətinin mütəxəssisləri bildiriblər ki, tüstünün əsas mənbəyi Kanada sərhədinin cənubunda yerləşən ABŞ-nin Oreqon və Vaşinqton ştatlarında davam edən iri meşə yanğınlarıdır.

Amerikanın Şimal-Qərb İdarələrarası Koordinasiya Mərkəzinin məlumatına əsasən, hazırda Vaşinqton və Oreqon ştatlarında 22 böyük meşə yanğını davam edir.

Bu səbəbdən Britaniya Kolumbiyasının ABŞ ilə sərhəddə yerləşən Krenbruk və Kuteney-Leyk rayonlarında atmosferin çirklənməsi ilə əlaqədar xüsusi xəbərdarlıq rejimi elan olunub.

Xatırladaq ki, Donald Tramp iyulun 17-də "Truth Social" sosial şəbəkəsində paylaşım edərək Kanadadakı meşə yanğınlarının ABŞ-də havanı ciddi şəkildə çirkləndirdiyini iddia etmiş və bunun əvəzinin Kanadadan idxal olunan məhsullara əlavə gömrük rüsumları tətbiq edilməklə ödənilməli olduğunu bildirmişdi.

Lakin CNN telekanalı ABŞ hökumətindəki mənbələrə istinadən xəbər verib ki, Ağ Evin Kanada məhsullarına tətbiq etdiyi yeni tariflərin meşə yanğınları və tüstü ilə bağlı heç bir əlaqəsi yoxdur.

Məlumata görə, Donald Tramp Kanadadan idxal olunan bir sıra məhsullara əlavə 50 faiz gömrük rüsumunun tətbiqini nəzərdə tutan yeni bəyannaməni imzalayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin