Leqal xəbər məlumat verir ki, Rusiya hakimiyyəti keçmiş dünya şahmat çempionu Harri Kasparovu beynəlxalq axtarışa verib. Məlumata görə, ona qarşı terrorizmlə bağlı ittihamlar irəli sürülüb.
Rusiya mediasının yazdığına əsasən, Kasparov “terrorizmə açıq çağırış”, “terrorizmi bəraətləndirmə” və “xarici agent qanunlarını pozma” maddələri ilə təqsirləndirilir. Moskva məhkəməsi onun barəsində qiyabi həbs qərarı da çıxarıb.
Uzun illərdir Rusiyadan kənarda yaşayan Kasparov Kremlin siyasətini ən sərt tənqid edən şəxslərdən biri hesab olunur. O, əvvəllər də Rusiyada “xarici agent” və “ekstremist” siyahılarına daxil edilmişdi.