Yeni xəbərlər burada görünəcək.

“KEÇMİŞ ARVADINA ‘SƏNƏ SÜRPRİZ EDƏCƏYƏM’ DEYƏRƏK EVİNİ YANDIRDI”

Leqal Xəbər məlumat verir ki, Abşeron rayonunda boşandığı həyat yoldaşına məxsus evi yandırmaqda təqsirləndirilən Qürbət Şahverdiyevin barəsində çıxarılan hökm qüvvədə saxlanılıb. Məlumata görə, hadisə zamanı təqsirləndirilən şəxs keçmiş həyat yoldaşına “sənə sürpriz edəcəyəm” deyib və daha sonra

7 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Abşeron rayonunda boşandığı həyat yoldaşına məxsus evi yandırmaqda təqsirləndirilən Qürbət Şahverdiyevin barəsində çıxarılan hökm qüvvədə saxlanılıb.
Məlumata görə, hadisə zamanı təqsirləndirilən şəxs keçmiş həyat yoldaşına “sənə sürpriz edəcəyəm” deyib və daha sonra Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evində yanğın törədib.
İttihama əsasən, o, ailə üzvlərini evdən çıxardıqdan sonra yataq otağında alışqan vasitəsilə yanğına səbəb olub. Nəticədə evdə təxminən 50 000 manat dəyərində ziyan yaranıb.
Bakı Ali Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib və əvvəlki hökm qüvvədə saxlanılıb. Təqsirləndirilən şəxs 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbəri paylaş Dostlarınıza göndərin