Yeni xəbərlər burada görünəcək.

KEÇMİŞ HAKİMLƏR VƏKİL FƏALİYYƏTİNƏ BAŞLADI

Leqal xəbər məlumat verir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Tədbirdə bir sıra keçmiş hakimlərin vəkil kimi fəaliyyətə başlaması diqqət çəkib. Məlumata görə, namizədlər arasında Konstitusiya Məhkəməsinin sabiq sədr

21 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Tədbirdə bir sıra keçmiş hakimlərin vəkil kimi fəaliyyətə başlaması diqqət çəkib.
Məlumata görə, namizədlər arasında Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova da yer alıb. Bundan başqa, əvvəllər hakim kimi çalışmış bir neçə şəxs artıq vəkil statusu qazanıb.
Bildirilib ki, keçmiş hakimlər Cavid Hüseynov, Anar Sadıqov, Novruz Kərimov, Coşqun Abdullayev, Mirzə Tağızadə və Füzuli Pənahov bundan sonra vəkil kimi fəaliyyət göstərəcəklər.
Qeyd olunur ki, hüquq-mühafizə və məhkəmə sistemində uzun illər çalışmış şəxslərin vəkillik fəaliyyətinə başlaması hüquq sahəsində peşəkar təcrübənin genişlənməsi baxımından önəmli hesab olunur.
Xəbəri paylaş Dostlarınıza göndərin