Yeni xəbərlər burada görünəcək.

Keçmiş nazir müəllim oldu

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisadçı alim Səlim Müslümov Milli Aviasiya Akademiyasında pedaqoji fəaliyyətə başlayıb. “Legal Xəbər”in məlumatına görə, Səlim Müslümov Akademiyanın İqtisadiyyat və Hüquq fakültəsinin İqtisadiyyat kafedrasında professor kimi fəaliyyət göstərir.

14 baxış 3 dəq

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisadçı alim Səlim Müslümov Milli Aviasiya Akademiyasında pedaqoji fəaliyyətə başlayıb.

“Legal Xəbər”in məlumatına görə, Səlim Müslümov Akademiyanın İqtisadiyyat və Hüquq fakültəsinin İqtisadiyyat kafedrasında professor kimi fəaliyyət göstərir. Milli Aviasiya Akademiyasının rəsmi internet səhifəsində də İqtisadiyyat kafedrasının müdiri kimi onun adı qeyd olunub.

Səlim Müslümov bundan əvvəl də Milli Aviasiya Akademiyasında çalışıb. O, müxtəlif illərdə iqtisadiyyat və dünya iqtisadiyyatı istiqamətində pedaqoji və elmi fəaliyyətlə məşğul olub.

Qeyd edək ki, Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, 2002–2013-cü illərdə isə Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışıb.

Onun adı həmçinin 2021-ci ildə başlanmış cinayət işi ilə bağlı gündəmə gəlib. Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və ona mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma ilə bağlı ittihamlar irəli sürülüb.

2024-cü il yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səlim Müslümov ittiham olunduğu maddələr üzrə təqsirli bilinib. Ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, cəza 5 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Həmçinin məhkəmə onun əmlaklarının müsadirə edilməsinə qərar verib.

Hazırda Səlim Müslümovun Milli Aviasiya Akademiyasında elmi-pedaqoji fəaliyyətini davam etdirdiyi bildirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin