Yeni xəbərlər burada görünəcək.

KİBERPOLİSDƏN ONLAYN KAZİNO ƏMƏLİYYATI: DAHA 3 NƏFƏR SAXLANILDI

LEQAL XƏBƏR məlumat verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirib. Məlumata görə, əməliyyat zamanı Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirib.

Məlumata görə, əməliyyat zamanı Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, onlar ölkədə fəaliyyəti qadağan olunan “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb ediblər.

Şübhəli şəxslərin paytaxt ərazisində icarəyə götürdükləri mənzildə qanunsuz fəaliyyət üçün istifadə etdikləri texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul aşkarlanaraq götürülüb.

İstintaq zamanı həmin şəxslərin platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırdıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

DİN vətəndaşları sosial şəbəkələrdə və internet platformalarında təklif olunan qanunsuz kazino və qumar oyunlarında iştirak etməməyə çağırır.

Xəbəri paylaş Dostlarınıza göndərin