Yeni xəbərlər burada görünəcək.

KİBERTƏHLÜKƏSİZLİK AGENTLİYİ YARADILIR

Leqal Xəbər məlumat verir ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərəcək yeni dövlət qurumu – Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır. Məlumata görə, agentlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Yeni qurum

25 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərəcək yeni dövlət qurumu – Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır.
Məlumata görə, agentlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Yeni qurum kibertəhlükəsizlik sahəsində tənzimləmə, nəzarət və koordinasiya funksiyalarını həyata keçirəcək.
Agentliyin əsas vəzifələri sırasında informasiya infrastrukturunun qorunması, kibertəhdidlərin aşkarlanması, preventiv tədbirlərin görülməsi, internet informasiya ehtiyatlarının monitorinqi və fərdi məlumatların mühafizəsi yer alır.
Bundan əlavə, qurum milli səviyyədə kompüter insidentlərinə qarşı mübarizə fəaliyyətini əlaqələndirəcək, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə dəstək verəcək.
Yeni agentliyin yaradılması ölkənin kibertəhlükəsizlik sisteminin daha da gücləndirilməsinə xidmət edəcək.
Xəbəri paylaş Dostlarınıza göndərin