Yeni xəbərlər burada görünəcək.

KİBERTƏHLÜKƏSİZLİK FORUMU KEÇİRİLİR

Legal Xəbər məlumat verir ki, Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu öz işinə başlayıb. Forum dövlət qurumlarının nümayəndələrini, özəl sektor təmsilçilərini və beynəlxalq tərəfdaşları bir araya gətirib. Tədbirdə kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar, yeni texnologiyalar və gələcək

16 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu öz işinə başlayıb.
Forum dövlət qurumlarının nümayəndələrini, özəl sektor təmsilçilərini və beynəlxalq tərəfdaşları bir araya gətirib. Tədbirdə kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar, yeni texnologiyalar və gələcək əməkdaşlıq imkanları müzakirə olunur.
Müzakirələrin əsas mövzuları sırasında süni intellektin kibertəhlükəsizlik sahəsində tətbiqi, yeni kiber təhdidlər, kritik infrastrukturun müdafiəsi və rəqəmsal təhlükəsizliyin gücləndirilməsi yer alır.
Forum çərçivəsində iştirakçılar kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi aparır, müasir risklərə qarşı effektiv mübarizə mexanizmlərini dəyərləndirirlər.
Xəbəri paylaş Dostlarınıza göndərin