Sentyabrın 8-də “Şəki Yaylası” istirahət mərkəzində “Zipline” əyləncəsindən istifadə edən 2 nəfər – Ucal Bayramov və Coşqun Məmmədzadə həlak olub.
Baş Prokurorluğun məlumatına görə, hadisə zamanı kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiya olub, əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib. Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə – iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq üzrə cinayət işi başlanıb.
Hadisənin səbəbləri, “Zipline” qurğusunun texniki vəziyyəti və təhlükəsizlik tələblərinə uyğunluğu araşdırılır. Ekspertizalar təyin edilib, ibtidai istintaq davam edir.![]()