Yeni xəbərlər burada görünəcək.

KİLLERLƏRİN HƏBSİ – MİLYARDER SÜLEYMANOVUN İŞİNDƏ YENİLİK

LEQAL XƏBƏR xarici mediaya istinadən məlumat verir ki, Moskva məhkəməsi rusiyalı milyarder İbrahim Süleymanovun işi üzrə iki təqsirləndirilən şəxsi məhkəməyədək həbsə göndərib. Həmin şəxslər qətl törətməyə cəhddə və cinayətkar icmada iştirakda ittiham olunurlar. Onlar ittihamları rədd edir və

10 baxış 3 dəq
LEQAL XƏBƏR xarici mediaya istinadən məlumat verir ki, Moskva məhkəməsi rusiyalı milyarder İbrahim Süleymanovun işi üzrə iki təqsirləndirilən şəxsi məhkəməyədək həbsə göndərib.
Həmin şəxslər qətl törətməyə cəhddə və cinayətkar icmada iştirakda ittiham olunurlar. Onlar ittihamları rədd edir və təqsirsiz olduqlarını bildirirlər.
İbrahim Süleymanov 2025-ci ilin oktyabr ayının əvvəlində Rublyovkadakı bağ evində saxlanılıb. İstintaqın iddiasına görə, o, 1999 və 2004-cü illərdə baş vermiş qətllərdə, eləcə də 2025-ci ildə törədildiyi bildirilən sui-qəsd cəhdində iştirak edib.
İş adamı ilə birlikdə onun əlbirləri Əhməd Batırsaxanov və Ukrayna vətəndaşı Denis Zeykan da həbs olunublar.
Hazırda həbsdə olan Süleymanov ona qarşı irəli sürülən ittihamları rədd edir. İş üzrə gizli şahidin də dindirildiyi bildirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin