Yeni xəbərlər burada görünəcək.

KİYEVƏ HÜCUM NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTDI: MATƏM ELAN EDİLDİ

Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı artıb. Şəhərdə matəm elan olunub. LEQAL XƏBƏR verir ki, Kiyev meri Vitali Kliçko bildirib ki, iyulun 6-na keçən gecə baş vermiş hücum zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq iyulun 7-si Kiyevdə matəm günü elan

5 baxış 3 dəq

Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı artıb. Şəhərdə matəm elan olunub.

LEQAL XƏBƏR verir ki, Kiyev meri Vitali Kliçko bildirib ki, iyulun 6-na keçən gecə baş vermiş hücum zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq iyulun 7-si Kiyevdə matəm günü elan edilib.

Bu səbəbdən paytaxtda bütün əyləncə xarakterli tədbirlərin keçirilməsi qadağan olunacaq. Həmçinin dövlət və özəl müəssisələrə məxsus binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə edilib.

Merin sözlərinə görə, Podolsk və Darniçski rayonlarında yaşayış binalarında axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında insanların axtarışı aparılır.

Son məlumata əsasən, Kiyevdə hücum nəticəsində 11 nəfərin həlak olduğu təsdiqlənib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə bildirib ki, zərbələr nəticəsində 46 nəfər yaralanıb, onların arasında beş uşaq da var.

Hazırda şəhərin 20-dən çox ərazisində hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Ən ağır vəziyyət Rusiya qüvvələrinin çoxmərtəbəli yaşayış binalarını hədəfə aldığı Darniçski və Podolski rayonlarında qeydə alınıb.

Xəbəri paylaş Dostlarınıza göndərin