Yeni xəbərlər burada görünəcək.

Kiyevə raket zərbələri endirilib

Rusiya ordusu sentyabrın 1-nə keçən gecədən başlayaraq paytaxt Kiyevə ballistik və qanadlı raketlərlə, dronlarla hava zərbələri endirib. Leqalxeber.az xəbər verir ki, Kiyev şəhər meri Vitali Kliçkonun yaydığı məlumata görə, hava zərbələri nəticəsində Ukrayna paytaxtında 8 nəfər həlak olub, ikisi

6 baxış 3 dəq

Rusiya ordusu sentyabrın 1-nə keçən gecədən başlayaraq paytaxt Kiyevə ballistik və qanadlı raketlərlə, dronlarla hava zərbələri endirib.

Leqalxeber.az xəbər verir ki, Kiyev şəhər meri Vitali Kliçkonun yaydığı məlumata görə, hava zərbələri nəticəsində Ukrayna paytaxtında 8 nəfər həlak olub, ikisi uşaq olmaqla 5 nəfər yaralanıb.

Darnitski rayonunda raket qeyri-yaşayış binasına dəyib və yanğına səbəb olub. Yeddi nəfər ölüb, bir nəfər yaralanıb.

Təcili yardım və şəhər xidmətləri hadisə yerində işləməyə davam edir.

Hadisənin nəticələri barədə məlumatlar dəqiqləşdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin