LEQAL XƏBƏR məlumat verir ki, avqustun 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 20-si günün ikinci yarısından etibarən bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli və intensiv olub.
Ən çox yağıntı Şahdağda 18 mm, Gədəbəydə 17 mm, Daşkəsəndə 15 mm, Qusarda 10 mm qeydə alınıb. İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda 4, Ağdam və Qəbələdə 3, Qaxda 2 mm, digər bəzi ərazilərdə isə 1 mm-dək yağıntı düşüb.
Bundan əlavə, avqustun 20-si saat 20:25–20:33 radələrində Kəlbəcər rayonunun İstisu qəsəbəsinin Alagöllər ərazisinə dolu düşüb.
Məlumata görə, dolunun diametri 8–10 millimetr olub.
Hazırda ölkə ərazisində şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran və Naftalanda isə 16 m/s-yə çatır
