Leqal xəbər məlumat verir ki, Yasamal rayonunda baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı “Loft Dent” stomatoloji klinikasının direktoru Bəhruz Paşayev həbs olunub.
Baş Prokurorluğun məlumatına görə, ötən ilin noyabrında Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb.
İstintaq zamanı müəyyən edilib ki, klinikanın direktoru yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına məsul şəxs kimi vəzifələrini lazımi qaydada yerinə yetirməyib.