Yeni xəbərlər burada görünəcək.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. Leqal Xəbər məlumat verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub. Sumqayıt

9 baxış 3 dəq

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib.

Leqal Xəbər məlumat verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub.

Sumqayıt Regional Mərkəzinin boş qalan rəis vəzifəsinə isə daha əvvəl Şimal-qərb Regional Mərkəzinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev təyin edilib.

Vüqar Ağayev artıq Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində yeni vəzifəsinin icrasına başlayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin