Yeni xəbərlər burada görünəcək.

KƏNAN YILDIZ AĞIR ZƏDƏ ALDI

LEQAL XƏBƏR məlumat verir ki, “Yuventus”un türkiyəli yarımmüdafiəçisi Kənan Yıldız İtaliya A Seriyasının ilk turunda “Frozinone” ilə oyunda ağır zədə alıb. Məlumata görə, 21 yaşlı futbolçunun sol ayağında sınıq aşkarlanıb. Aparılan tibbi müayinələrdən sonra Kənan Yıldızın əməliyyat olunmasına qərar

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, “Yuventus”un türkiyəli yarımmüdafiəçisi Kənan Yıldız İtaliya A Seriyasının ilk turunda “Frozinone” ilə oyunda ağır zədə alıb.

Məlumata görə, 21 yaşlı futbolçunun sol ayağında sınıq aşkarlanıb.

Aparılan tibbi müayinələrdən sonra Kənan Yıldızın əməliyyat olunmasına qərar verilib. Onun tam bərpasının təxminən üç ay davam edəcəyi gözlənilir.

Yıldız “Frozinone” ilə 1:0 hesablı qələbə ilə başa çatan qarşılaşmada 69-cu dəqiqəyədək meydanda olub. Daha sonra onu Jeremi Boqa əvəzləyib.

Qeyd edək ki, Kənan Yıldız 2025/2026 mövsümündə “Yuventus”un heyətində bütün turnirlər üzrə 47 oyunda iştirak edib. O, həmin görüşlərdə 11 qol vurub və 10 məhsuldar ötürmə edib.

Futbolçunun “Yuventus”la müqaviləsi 2030-cu ilin iyununun sonunadək qüvvədədir.

Xəbəri paylaş Dostlarınıza göndərin