Yeni xəbərlər burada görünəcək.

KÖÇ KARVANI ZƏNGİLAN ŞƏHƏRİNƏ ÇATIB

Leqal xəbər məlumat verir ki, Bu gün növbəti köç karvanı Zəngilan şəhərinə çatıb. Məlumata görə, ümumilikdə 59 ailə — 235 nəfər doğma yurduna köçürülüb. Köçürülən ailələrin uzun müddət respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti

10 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Bu gün növbəti köç karvanı Zəngilan şəhərinə çatıb. Məlumata görə, ümumilikdə 59 ailə — 235 nəfər doğma yurduna köçürülüb.
Köçürülən ailələrin uzun müddət respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşdığı bildirilir.
Qeyd olunur ki, Zəngilana qayıdan sakinlər yeni inşa edilmiş yaşayış evləri ilə təmin olunurlar. Bölgədə infrastrukturun bərpası və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Məcburi köçkünlərin mərhələli şəkildə Qarabağ və Şərqi Zəngəzura qayıdışı dövlət proqramına uyğun olaraq həyata keçirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin