8–10 sentyabr tarixlərində 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerləri üçün ixtisas seçimi aparılacaq.
Müsabiqədə iştirak üçün:
• Ümumi bal ən azı 50
• Azərbaycan/rus dili ən azı 20
• Riyaziyyat ən azı 10 bal olmalıdır.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün isə ümumi balın 50-dən az olmaması və qabiliyyət imtahanından “məqbul” qiyməti almaq tələb olunur.
Abituriyentlər 12-dək ixtisas kodu seçə bilərlər.
Son müraciət vaxtı: 10 sentyabr, saat 23:59.
İxtisas seçimi internet üzərindən aparılır.![]()