Yeni xəbərlər burada görünəcək.

Konqoda Eboladan ölənlərin sayı açıqlandı

LEQAL XƏBƏR məlumat verir ki, Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 1 801-ə çatıb. Məlumata görə, ölkədə Ebolaya yoluxanların sayı 3 973 nəfər, ölüm nisbəti isə 45 faiz təşkil edir. Hazırda xəstəxanalarda və tibbi

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 1 801-ə çatıb.

Məlumata görə, ölkədə Ebolaya yoluxanların sayı 3 973 nəfər, ölüm nisbəti isə 45 faiz təşkil edir. Hazırda xəstəxanalarda və tibbi təcridxanalarda 717 nəfər saxlanılır.

Ebolaya yoluxmuş şəxslərlə təmasların izlənməsi göstəricisi 80 faiz təşkil edir.

Qeyd edək ki, Ebola epidemiyası mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri Konqonun İturi əyalətidir.

Uqanda səhiyyə orqanları isə iyulun 28-də ölkədə Ebola epidemiyasının başa çatdığını elan edib.

Xəbəri paylaş Dostlarınıza göndərin