Yeni xəbərlər burada görünəcək.

Korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək

Yeni qanun layihəsinə əsasən, korrupsiya faktı barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat ödəniləcək. Məlumat təsdiqlənərsə, mükafat 10 iş günü ərzində təşkilat rəhbərinin qərarı ilə veriləcək. Məbləğ hüquqpozmanın xarakteri, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa

9 baxış 3 dəq

Yeni qanun layihəsinə əsasən, korrupsiya faktı barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat ödəniləcək.

Məlumat təsdiqlənərsə, mükafat 10 iş günü ərzində təşkilat rəhbərinin qərarı ilə veriləcək. Məbləğ hüquqpozmanın xarakteri, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlər nəzərə alınmaqla müəyyənləşdiriləcək.

Bundan əlavə, cinayət işi nəticəsində dövlətə qaytarılan vəsaitin və ya təmin edilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə ödənilə biləcək.

Ən diqqətçəkən məqamlardan biri isə odur ki, veriləcək mükafatın gəlir vergisindən azad edilməsi təklif olunur.

Qanun layihəsi Milli Məclisin iki komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin