Yeni xəbərlər burada görünəcək.

Krasnodar diyarına dron hücumu: Ölənlər arasında səkkiz yaşlı uşaq da var

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 12-nə keçən gecə Rusiyanın Krasnodar diyarına yüzlərlə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Məlumata görə, hadisə nəticəsində biri 8 yaşlı uşaq olmaqla, iki nəfər həyatını itirib. Daha 8 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Krasnodar diyarının

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 12-nə keçən gecə Rusiyanın Krasnodar diyarına yüzlərlə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Məlumata görə, hadisə nəticəsində biri 8 yaşlı uşaq olmaqla, iki nəfər həyatını itirib. Daha 8 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, Novorossiysk şəhərində 8 yaşlı uşaq həlak olub. Yaralılar arasında bir uşağın da olduğu qeyd edilib.

PUA qalıqlarının 21 yaşayış binasının və 4 müəssisənin ərazisinə düşdüyü bildirilib. Hadisə ilə əlaqədar təxminən 90 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərinə köçürülüb.

Temryuk rayonunun Volna qəsəbəsində də PUA qalıqlarının düşməsi nəticəsində xəsarət alan bir nəfərin öldüyü bildirilib.

Anapada zərərsizləşdirilən PUA-ların hissələri yaşayış evinə ziyan vurub. İki nəfər xəsarət alıb və onlara hadisə yerində tibbi yardım göstərilib.

Gelencik ərazisində isə üç fərdi yaşayış evinə ziyan dəyib, iki sakin xəstəxanaya çatdırılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin