Yeni xəbərlər burada görünəcək.

KÜÇƏ TİCARƏTİ İLƏ MƏŞĞUL OLANLAR ÜÇÜN YENİ ŞƏRTLƏR

Leqal xəbər məlumat verir ki, Azərbaycanda küçə və bazar ticarəti ilə məşğul olan şəxslər üçün daha layiqli iş şəraitinin yaradılması planlaşdırılır. Məlumata görə, bu məsələ Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası

9 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Azərbaycanda küçə və bazar ticarəti ilə məşğul olan şəxslər üçün daha layiqli iş şəraitinin yaradılması planlaşdırılır.
Məlumata görə, bu məsələ Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında imzalanan 2026–2028-ci illər üzrə Baş Kollektiv Sazişdə əksini tapıb.
Sazişə əsasən, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr küçə ticarəti ilə məşğul olan vətəndaşlar üçün uyğun və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində tədbirlər görəcəklər.
Bildirilir ki, əsas məqsəd bu sahədə çalışan insanların sosial müdafiəsini gücləndirmək, onların fəaliyyətini daha nizamlı və təhlükəsiz şəkildə təşkil etməkdir. Yeni yanaşmanın həm satıcıların iş şəraitinə, həm də şəhər ticarətinin təşkilinə müsbət təsir göstərəcəyi gözlənilir.
Xəbəri paylaş Dostlarınıza göndərin