Yeni xəbərlər burada görünəcək.

Külək fəsadlar yaratdı

Hava şəraitinin kəskin dəyişməsi Göygöl və Şəmkir rayonlarında bir sıra fəsadlara səbəb olub. Məlumata görə, Göygöl rayonunun Hacıməlik qəsəbəsində güclü külək bir neçə fərdi evin dam örtüyünü dağıdıb, iri gövdəli ağacların budaqlarını sındırıb. Şəmkir rayonunun Keçili kəndində də külək nəticəsində

10 baxış 3 dəq

Hava şəraitinin kəskin dəyişməsi Göygöl və Şəmkir rayonlarında bir sıra fəsadlara səbəb olub. Məlumata görə, Göygöl rayonunun Hacıməlik qəsəbəsində güclü külək bir neçə fərdi evin dam örtüyünü dağıdıb, iri gövdəli ağacların budaqlarını sındırıb. Şəmkir rayonunun Keçili kəndində də külək nəticəsində bir neçə istixananın örtüyü sıradan çıxıb və təsərrüfata qismən ziyan dəyib. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranıb. Hazırda bölgədə güclü külək davam edir, əlavə fəsadların olub-olmadığı araşdırılır.


Xəbəri paylaş Dostlarınıza göndərin