Yeni xəbərlər burada görünəcək.

Kür daşdı, Zərdabda ev və təsərrüfatları su basdı

Leqal xəbər məlumat verir ki, Kür çayının səviyyəsinin artması nəticəsində Zərdab rayonunun Şıxbağı, Mehdilər və Əlibəyli kəndlərində bəzi yaşayış evləri, iaşə obyektləri və əkin sahələri su altında qalıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, son həftələr ərzində çayda suyun

14 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Kür çayının səviyyəsinin artması nəticəsində Zərdab rayonunun Şıxbağı, Mehdilər və Əlibəyli kəndlərində bəzi yaşayış evləri, iaşə obyektləri və əkin sahələri su altında qalıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, son həftələr ərzində çayda suyun səviyyəsi təxminən 2 metrə yaxın yüksəlib. Yerli sakinlər bildirirlər ki, mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələlik ciddi tədbir görülməyib və lazımi dəstək göstərilməyib.
Xəbəri paylaş Dostlarınıza göndərin