Yeni xəbərlər burada görünəcək.

Kürdəmir mərkəzi xəstəxanasının mütəxəssisi pul mənimsəmədə ittiham olunur

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham edilir. Leqal Xəbər APA-ya istinadla xəbər verir ki, “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsiin 179.3.2,

10 baxış 3 dəq

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham edilir.

Leqal Xəbər APA-ya istinadla xəbər verir ki, “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsiin 179.3.2, 308.2, 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən Vüqar Hüseynov işlədiyi dövr ərzində 125 min manatdan çox vəsaiti mənimsəyib.

Onun istintaq dövründə ziyanın 45 min manatını ödədiyi bildirilir.

İstintaq dövründə onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş şəxs qismində TƏBİB tanınıb.

Xəbəri paylaş Dostlarınıza göndərin