Yeni xəbərlər burada görünəcək.

“ƏL-NƏSR” SƏUDİYYƏ ƏRƏBİSTANI ÇEMPİONU OLDU

[09:42, 2026-05-22] +994 50 485 49 68: Leqal xəbər məlumat verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında mövsümün qalibi müəyyənləşib. “Əl-Nəsr” son turda “Əl Damak” üzərində 4:1 hesablı qələbə qazanaraq tarixində 11-ci dəfə ölkə çempionu olub. Komanda mövsümü 86 xalla başa vurub və əsas

13 baxış 3 dəq
[09:42, 2026-05-22] +994 50 485 49 68: Leqal xəbər məlumat verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında mövsümün qalibi müəyyənləşib. “Əl-Nəsr” son turda “Əl Damak” üzərində 4:1 hesablı qələbə qazanaraq tarixində 11-ci dəfə ölkə çempionu olub.
Komanda mövsümü 86 xalla başa vurub və əsas rəqibi “Əl-Hilal”ı 2 xal qabaqlayıb. Qarşılaşmanın əsas qəhrəmanlarından biri isə portuqaliyalı ulduz Kriştiano Ronaldo olub.
Ronaldo matçda dubla imza ataraq komandasının çempionluğunda mühüm rol oynayıb. O, 63-cü və 81-ci dəqiqələrdə fərqlənib.
“Əl-Nəsr” azarkeşləri çempionluğu böyük coşqu ilə qeyd ediblər.
[09:43, 2026-05-22] +994 50 485 49 68: ERMƏNİSTANDA BAŞ NAZİRLİYƏ NAMİZƏDLƏ BAĞLI MÜBAHİSƏ
Leqal xəbər məlumat verir ki, Ermənistanda baş nazir postuna namizəd göstərilən rusiyalı oliqarx Samvel Karapetyanın ailəsi ilə bağlı qalmaqallı iddia gündəmə gəlib.
“Globalinfo”nun məlumatına görə, Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, Karapetyanın ailəsinin altı üzvü ölkə ordusunda xidmətdən yayınıb.
Nazir xüsusilə “Güclü Ermənistan” Partiyasının siyahısına rəhbərlik edən Narek Karapetyanın hərbi xidmət keçməməsini tənqid edib. O qeyd edib ki, ailə üzvlərinin ölkənin müdafiəsində iştirak etməməsi cəmiyyətdə ciddi narazılıq yaradır.
Papikyan çıxışında deyib:
“Ailənizdəki altı oğul niyə Ermənistan ordusunda xidmət etməyib və ya lazım olduğu halda niyə ölkənin müdafiəsində iştirak etməyib?”
Məsələ Ermənistan ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Müxalifət və iqtidar nümayəndələri arasında qarşılıqlı ittihamlar davam edir.
Xəbəri paylaş Dostlarınıza göndərin