LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üzrə Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Ağdərə şəhərində növbəti iclas keçirilib.
Məlumata görə, iclasdan sonra Qərargahın iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar. Onlara şəhərin gələcək inkişaf istiqamətləri, şəhərsalma konsepsiyası və ərazidə nəzərdə tutulan layihələr barədə ətraflı məlumat təqdim edilib.