Yeni xəbərlər burada görünəcək.

Əlcəzairdə uşaq evində yanğın

Əlcəzairin paytaxtı Əlcəzair şəhərində yerləşən uşaq evində baş verən yanğın faciə ilə nəticələnib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, yanğın nəticəsində 11 nəfər həyatını itirib, 20-yə yaxın şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

5 baxış 3 dəq

Əlcəzairin paytaxtı Əlcəzair şəhərində yerləşən uşaq evində baş verən yanğın faciə ilə nəticələnib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində 11 nəfər həyatını itirib, 20-yə yaxın şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xilasetmə qrupları hadisə zamanı uşaq evində olan beş əlilliyi olan şəxsi təhlükəsiz əraziyə təxliyə ediblər.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Hadisənin başvermə səbəbləri, eləcə də həyatını itirən və xəsarət alan şəxslərin kimliyi və yaşları ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin