Yeni xəbərlər burada görünəcək.

LEYLA ƏLİYEVA ŞƏKİ ŞƏHƏR İNCƏSƏNƏT MƏKTƏBİNDƏ OLUB

LEQAL XƏBƏR məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhərində yeni istifadəyə verilən İncəsənət Məktəbinin binası ilə tanış olub. Leyla Əliyevaya məktəbin fəaliyyəti və yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1938-ci ildə inşa olunan

20 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhərində yeni istifadəyə verilən İncəsənət Məktəbinin binası ilə tanış olub.
Leyla Əliyevaya məktəbin fəaliyyəti və yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1938-ci ildə inşa olunan əvvəlki bina istismara yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası tikilib.
İki korpusdan ibarət olan təhsil müəssisəsi 430 şagird yerlikdir. Məktəb müasir mebel, avadanlıqlar və əyani vəsaitlərlə tam təchiz olunub.
Yeni binada musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq və dizayn otaqları, xoreoqrafiya və akt zalları, kitabxana, eləcə də yeməkxana müəllim və şagirdlərin istifadəsinə verilib.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ ağac və kollar əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb.
Xəbəri paylaş Dostlarınıza göndərin