Yeni xəbərlər burada görünəcək.

LEYLA ƏLİYEVA YEVLAXDA CÜMƏ MƏSCİDİNİ ZİYARƏT EDİB

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib. LEQAL XƏBƏR verir ki, Leyla Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə tanış olub. Məscidin imamı

5 baxış 3 dəq
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib.
LEQAL XƏBƏR verir ki, Leyla Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə tanış olub.
Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib və burada eyni vaxtda 600-ə yaxın şəxs ibadət edə bilir.
İmam işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimləri və ibadət əhli tərəfindən böyük məmnunluqla qarşılandığını qeyd edib, Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.
Ziyarətin sonunda Leyla Əliyevaya Qurani-Kərim hədiyyə olunub.
Xəbəri paylaş Dostlarınıza göndərin