LEQAL XƏBƏR verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yevlaxda yeni inşa olunan məktəb binasının açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya məktəbin tarixi, burada yaradılan şərait və tədris imkanları barədə məlumat verib. Bildirilib ki, 2024-cü ilin yanvarında köhnə inzibati bina sökülərək yerində yeni məktəb binasının tikintisinə başlanılıb.
Məlumata görə, yeni məktəb binası 528 şagird yerlikdir və burada müasir standartlara uyğun tədris şəraiti yaradılıb.
Leyla Əliyeva məktəbin kitabxanası, informatika, biologiya və kimya kabinetləri, texnologiya otağı, məktəbəhazırlıq qrupları, yeməkxana və idman zalı ilə tanış olub.
Qeyd olunub ki, yeni tədris infrastrukturu şagirdlərin keyfiyyətli təhsil almasına, bilik və bacarıqlarının inkişafına, həmçinin müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradacaq.
Sonda Leyla Əliyeva məktəbin kollektivi ilə görüşərək onlara uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.