Yeni xəbərlər burada görünəcək.

Əli Kərimli ömürlük həbs edilə bilər?

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş materialları tanış olmaları üçün təqsirləndirilən şəxslərin vəkillərinə təqdim edilib. Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham

7 baxış 3 dəq

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş materialları tanış olmaları üçün təqsirləndirilən şəxslərin vəkillərinə təqdim edilib. Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb.

Həmin maddə hakimiyyəti zorla ələ keçirməyə, zorla saxlamağa və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətləri əhatə edir. Maddənin sanksiyasında 20 ilədək müddətə və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq orqanının yaxın günlərdə cinayət işi üzrə toplanmış materialları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərməsi gözlənilir.

Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim 2025-ci ilin dekabrında DTX tərəfindən saxlanılıb və barələrində 278.1-ci maddə ilə ittiham irəli sürülüb.

Xəbəri paylaş Dostlarınıza göndərin