Yeni xəbərlər burada görünəcək.

ƏLİ XAMENEİNİN VİDA GÜNLƏRİNDƏ 850 MƏHBUS ƏFV OLUNACAQ

İranda yüngül cinayətlərə görə məhkum olunmuş yüzlərlə şəxsin azadlığa buraxılması barədə qərar qəbul edilib. LEQAL XƏBƏR verir ki, ölkə rəhbərliyi Əli Xamenei ilə vida mərasimləri günlərində 850 məhbusun əfv olunmasına göstəriş verib. Məlumata görə, azad ediləcək şəxslərdən 520 nəfər maliyyə

5 baxış 3 dəq
İranda yüngül cinayətlərə görə məhkum olunmuş yüzlərlə şəxsin azadlığa buraxılması barədə qərar qəbul edilib.
LEQAL XƏBƏR verir ki, ölkə rəhbərliyi Əli Xamenei ilə vida mərasimləri günlərində 850 məhbusun əfv olunmasına göstəriş verib.
Məlumata görə, azad ediləcək şəxslərdən 520 nəfər maliyyə öhdəliklərinə, 330 nəfər isə aliment və nikah müqavilələri ilə bağlı işlər üzrə həbsdə olan məhkumlardır.
Bildirilib ki, Əli Xamenei ilə vida mərasimləri iyulun 3-dən Tehranda başlayacaq. Matəm tədbirlərində 30-dan çox ölkədən yüksəksəviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir. Dəfn mərasiminin isə iyulun 9-da Məşhəd şəhərində keçirilməsi planlaşdırılır.
Xəbəri paylaş Dostlarınıza göndərin