Yeni xəbərlər burada görünəcək.

Lionel Messi millidə karyerasını başa vurdu

Argentinalı ulduz futbolçu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu və yığmada son oyununu keçirdiyini komanda yoldaşlarına açıqlayıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə jurnalist Ernan Kastilyo "X" sosial şəbəkəsindəki şəxsi hesabında məlumat yayıb. Bildirilir ki, 39

7 baxış 3 dəq

Argentinalı ulduz futbolçu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu və yığmada son oyununu keçirdiyini komanda yoldaşlarına açıqlayıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə jurnalist Ernan Kastilyo "X" sosial şəbəkəsindəki şəxsi hesabında məlumat yayıb.

Bildirilir ki, 39 yaşlı futbolçu İspaniyaya qarşı keçirilən DÇ-2026-nın final oyunundan (0:1) sonra paltardəyişmə otağında komanda yoldaşlarına milli karyerasını başa vurduğunu bildirib.

Hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi Avropa karyerası ərzində İspaniyanın "Barselona" və Fransanın PSJ klublarının formasını geyinib.

Qeyd edək ki, Lionel Messi "Qızıl top" mükafatını ən çox qazanan futbolçudur. Argentinalı ulduz bu nüfuzlu mükafata rekord sayda – 8 dəfə layiq görülüb.

Xəbəri paylaş Dostlarınıza göndərin