Yeni xəbərlər burada görünəcək.

LİTVADA NÜVƏ SİLAHININ YERLƏŞDİRİLMƏSİNƏ İCAZƏ VERİLİR?

Litvada ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın ləğvi ilə bağlı qanun layihəsi parlamentdə qeydiyyata alınıb. LEQAL XƏBƏR verir ki, qanun layihəsi 50 deputatın imzası ilə təqdim olunub ki, bu da onun rəsmi qeydiyyata alınması üçün kifayət edib. Layihəyə

5 baxış 3 dəq
Litvada ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın ləğvi ilə bağlı qanun layihəsi parlamentdə qeydiyyata alınıb.
LEQAL XƏBƏR verir ki, qanun layihəsi 50 deputatın imzası ilə təqdim olunub ki, bu da onun rəsmi qeydiyyata alınması üçün kifayət edib.
Layihəyə əsasən, Litva Konstitusiyasının ölkə ərazisində kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının yerləşdirilməsini qadağan edən 137-ci maddəsinin ləğvi nəzərdə tutulur.
Məlumata görə, Litva Prezidenti Gitanas Nausedanın təşəbbüsü ilə keçirilən müşavirədə Baş nazir, müdafiə naziri, parlament sədri və fraksiya rəhbərləri də bu təşəbbüsü dəstəkləyiblər.
Qeyd olunub ki, Konstitusiyaya dəyişiklik edilməsi üçün parlamentdə üç ay fasilə ilə iki ayrı səsvermə keçirilməlidir. Dəyişikliklərin qəbul olunması üçün isə 141 deputatdan azı 94-nün lehinə səs verməsi tələb olunur.
Hazırda söhbət yalnız qanunvericilik təşəbbüsündən gedir. Qərar hələ qəbul edilməyib və nüvə silahının Litva ərazisində yerləşdirilməsinə rəsmi icazə verilməyib.
Xəbəri paylaş Dostlarınıza göndərin