Yeni xəbərlər burada görünəcək.

ƏLİYEV TRAMPA TƏŞƏKKÜR ETDİ

Leqal Xəbər məlumat verir ki, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. Dövlət başçısı Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumun imzalanmasını yüksək qiymətləndirib. Prezident paylaşımında bu addımın

7 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Dövlət başçısı Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumun imzalanmasını yüksək qiymətləndirib. Prezident paylaşımında bu addımın Azərbaycan-ABŞ münasibətlərinin inkişafına töhfə verdiyini vurğulayıb.
İlham Əliyev Donald Trampa ünvanladığı mesajda göstərilən diqqətə və xoş sözlərə görə minnətdarlığını ifadə edib, bu jesti yüksək dəyərləndirdiyini və böyük ehtiramla qarşıladığını bildirib.
Qeyd edək ki, 907-ci düzəlişin tətbiqinin dayandırılması ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbəri paylaş Dostlarınıza göndərin