Leqal xəbər məlumat verir ki, Azərbaycanda “lizinq” anlayışının “maliyyə icarəsi” termini ilə əvəz olunması nəzərdə tutulur. Bu dəyişiklik “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.
Məlumata görə, beynəlxalq praktikada istifadə olunan “leasing” sözü indiyədək Azərbaycan qanunvericiliyində “lizinq” kimi işlədilib. Yeni layihədə isə anlayışın “maliyyə icarəsi” kimi ifadə olunması daha məqsədəuyğun hesab edilir.
Qeyd olunub ki, dəyişiklik hüquqi terminologiyada vahid yanaşmanın formalaşdırılması və xidmətin mahiyyətinin daha aydın başa düşülməsi məqsədi daşıyır. Yeni qanunun qəbulundan sonra bu sahədə hüquqi müəyyənliyin daha da güclənəcəyi bildirilir.
