Yeni xəbərlər burada görünəcək.

LƏLƏKLİ DİNOZAVR TAPILDI

LEQAL XƏBƏR məlumat verir ki, Çinli alimlər təxminən 120 milyon il əvvələ aid olduğu ehtimal edilən yeni lələkli dinozavr növü aşkar ediblər. Araşdırmalara görə, Çinin Lyaonin əyalətində tapılan və olduqca yaxşı qorunmuş fosildə skeletin ətrafında çoxsaylı lələk izləri müəyyən edilib. Alimlər

8 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Çinli alimlər təxminən 120 milyon il əvvələ aid olduğu ehtimal edilən yeni lələkli dinozavr növü aşkar ediblər.
Araşdırmalara görə, Çinin Lyaonin əyalətində tapılan və olduqca yaxşı qorunmuş fosildə skeletin ətrafında çoxsaylı lələk izləri müəyyən edilib.
Alimlər bildirirlər ki, yeni növ müasir quşlarla yaxın qohumluq əlaqəsi olan nadir Pennaraptor nümayəndələrindən biridir. Dinozavrın həm iri ayaq lələklərinə, həm də yelpik formasını xatırladan uzun quyruq lələklərinə sahib olduğu qeyd edilir.
Tədqiqatçılar yeni növü Velociraptor və Microraptorun yaxın qohumu kimi təsnif ediblər. Onların fikrincə, bu tapıntı dinozavrların uçuş qabiliyyətinin necə formalaşdığını və müasir quşların mənşəyini araşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Çin Elmlər Akademiyasının akademiki Syuy Sin tərəfindən yeni növə rəsmi olaraq “Changzhousaurus sinensis” adı verilib. Bu ad Çançjou şəhərinin dinozavr elminin inkişafına verdiyi töhfələrə görə seçilib.
Xəbəri paylaş Dostlarınıza göndərin