Leqal xəbər məlumat verir ki, Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci kilometrində bərpa işlərinə başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, ərazidə nəqliyyatın rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.
Qeyd olunub ki, paralel şəkildə ərazidə yeni körpünün layihələndirilməsi işləri də aparılacaq.
Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq həyata keçirilir.![]()