Yeni xəbərlər burada görünəcək.

LÖKBATANDA YANAN ANBARIN “KONTAKT HOME”A MƏXSUS OLDUĞU AÇIQLANDI

Leqal xəbər məlumat verir ki, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən güclü yanğının “Kontakt Home” şirkətinin anbarında qeydə alındığı bildirilib. Məlumat şirkətin rəsmi sosial media hesablarında paylaşılıb. Şirkət açıqlamasında qeyd edib ki, məhsulların saxlanıldığı anbarlardan

8 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən güclü yanğının “Kontakt Home” şirkətinin anbarında qeydə alındığı bildirilib. Məlumat şirkətin rəsmi sosial media hesablarında paylaşılıb.
Şirkət açıqlamasında qeyd edib ki, məhsulların saxlanıldığı anbarlardan birində yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb və ərazidə olan bütün əməkdaşların təhlükəsizliyi təmin edilib. Bununla yanaşı, bəzi sifarişlərin çatdırılmasında qısamüddətli gecikmələrin yaşana biləcəyi vurğulanıb.
Qeyd edək ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 182 nəfərlik şəxsi heyəti, 40 xüsusi texnika və 2 helikopter cəlb olunub. Hazırda alovun tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin