Yeni xəbərlər burada görünəcək.

Loren Bennet 37 yaşında vəfat etdi

LEQAL XƏBƏR verir ki, bu barədə onun çıxış etdiyi musiqi qrupu "Instagram" hesabında məlumat yayıb. "Sevimli Lorenimizin vəfatını böyük kədər hissi ilə bildiririk. Qəlblərimiz parçalanıb", - deyə paylaşımda qeyd olunub. Müğənninin ölüm səbəbi hələlik açıqlanmayıb. "The

28 baxış 3 dəq

LEQAL XƏBƏR verir ki, bu barədə onun çıxış etdiyi musiqi qrupu "Instagram" hesabında məlumat yayıb.

"Sevimli Lorenimizin vəfatını böyük kədər hissi ilə bildiririk. Qəlblərimiz parçalanıb", - deyə paylaşımda qeyd olunub.

Müğənninin ölüm səbəbi hələlik açıqlanmayıb.

"The Guardian" nəşrinin məlumatına görə, Kent qraflığında anadan olan Loren Bennet karyerasına "The X Factor" müsabiqəsində başlayıb. Daha sonra "Paradiso Girls" qrupuna qoşularaq Los-Ancelesə köçüb.

İfaçı 2009-cu ildə təqdim olunan "Patron Tequila" mahnısı ilə ABŞ-nin rəqs musiqisi çartlarında uğur qazanıb. O, dünya şöhrətini isə LMFAO duetinin 2011-ci ildə böyük hitə çevrilən "Party Rock Anthem" mahnısındakı iştirakı ilə əldə edib.

Sonrakı illərdə Loren Bennet Pitbull ilə ifa olunan "Wild Wild Love" və "Ugly Heart" hitləri ilə tanınan G.R.L. qrupunun üzvü kimi fəaliyyət göstərib.

Xəbəri paylaş Dostlarınıza göndərin