LEQAL XƏBƏR verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələr daha əvvəl açıqlansa da, artıq xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri də əlavə olunaraq yekun imtahan balı təqdim edilib. İştirakçılar ümumilikdə 100 bal toplaya bilərlər.
Məlumata görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar. İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" əsasında həyata keçiriləcək.
İmtahan nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək DİM-in rəsmi internet səhifəsində aparılacaq. Apellyasiya müraciətlərinə isə 8 iyul 2026-cı il tarixindən etibarən telefon vasitəsilə baxılacaq.