Yeni xəbərlər burada görünəcək.

MAHİR EMRELİDƏN DAHA BİR İMTİNA: İSRAİL NƏHƏNGİNİN TƏKLİFİNİ GERİ ÇEVİRDİ

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli İsrail klubundan gələn transfer təklifini qəbul etməyib. Məlumata görə, 29 yaşlı futbolçunu İsrailin "Makkabi" (Hayfa) klubu heyətinə qatmaq istəyib. Lakin Mahir Emreli bu təklifdən imtina edib. Bildirilib ki, ötən

10 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli İsrail klubundan gələn transfer təklifini qəbul etməyib.

Məlumata görə, 29 yaşlı futbolçunu İsrailin "Makkabi" (Hayfa) klubu heyətinə qatmaq istəyib. Lakin Mahir Emreli bu təklifdən imtina edib.

Bildirilib ki, ötən mövsüm II Bundesliqa təmsilçisi **"Kayzerslautern"**də az oyun şansı qazanan hücumçu hazırda digər transfer variantlarını dəyərləndirir.

Qeyd olunub ki, Mahir Emreli daha əvvəl Kipr təmsilçisi APOEL klubunun təklifini də geri çevirib. Futbolçunun məqsədi iddialı və avrokuboklarda mübarizə aparan komandaya transfer olmaqdır.

Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern" klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Xəbəri paylaş Dostlarınıza göndərin