Yeni xəbərlər burada görünəcək.

Makqreqor Holloueylə döyüşün etibarsız sayılmasını istəyir

LEQAL XƏBƏR xəbər verir ki, irlandiyalı döyüşçü bununla bağlı "Instagram" hesabında paylaşım edib. Makqreqor bildirib ki, qarşılaşma baş tutmamış hesab edilməli, döyüşə edilən bütün mərclər isə sahiblərinə geri qaytarılmalıdır. "Bəzi xəbərlərim var. Əvvəla, sabah ayağımın rentgen

5 baxış 3 dəq

LEQAL XƏBƏR xəbər verir ki, irlandiyalı döyüşçü bununla bağlı "Instagram" hesabında paylaşım edib.

Makqreqor bildirib ki, qarşılaşma baş tutmamış hesab edilməli, döyüşə edilən bütün mərclər isə sahiblərinə geri qaytarılmalıdır.

"Bəzi xəbərlərim var. Əvvəla, sabah ayağımın rentgen cavablarını götürəcəyəm. İkincisi isə, qarşılaşma baş tutmamış hesab olunmalı və edilən bütün mərclər sahiblərinə qaytarılmalıdır", – deyə o yazıb.

Xatırladaq ki, ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilən UFC turnirində Konor Makqreqor Maks Holloueyə texniki nokautla məğlub olub.

İrlandiyalı döyüşçü görüşün ilk saniyələrində dizindən zədə alıb və cəmi 65 saniyə sonra döyüşü davam etdirə bilməyərək texniki nokautla uduzub.

Qarşılaşmadan sonra Makqreqorun aldığı zədənin vəziyyəti ilə bağlı tibbi müayinələrin davam etdiyi bildirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin