LEQAL XƏBƏR məlumat verir ki, Fransa Prezidenti Emmanuel Makron ölkəsində davam edən meşə yanğınları ilə mübarizəyə göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Fransa lideri "X" sosial şəbəkəsində paylaşım edərək, Türkiyənin yanğınsöndürən təyyarələr göndərməsi də daxil olmaqla göstərdiyi yardımı yüksək qiymətləndirib və "Təşəkkürlər, Türkiyə!" ifadəsini işlədib.
Qeyd edək ki, Fransada genişmiqyaslı meşə yanğınları davam edir. Jironda departamentində alov artıq 42 min hektar ərazini əhatə edib. Təbii fəlakət səbəbindən 220 min nəfər təhlükəsiz ərazilərə təxliyə olunub, 84 yanğınsöndürən müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, ölkə üzrə ümumilikdə 13 min 566 yanğın ocağı qeydə alınıb, yanaraq məhv olan ərazilərin ümumi sahəsi isə 116 min 85 hektara çatıb.![]()