Yeni xəbərlər burada görünəcək.

Makron: "Ukraynaya yardım bütün Avropanın müdafiəsi deməkdir"

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. Leqal Xəbər Report-a əsasən məlumat verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətində qeyd olunub. Onun sözlərinə görə, Paris Kiyevə maliyyə

5 baxış 3 dəq

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir.

Leqal Xəbər Report-a əsasən məlumat verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətində qeyd olunub.

Onun sözlərinə görə, Paris Kiyevə maliyyə və hərbi yardımı davam etdirmək, eləcə də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında iştirak etmək niyyətindədir.

"Ukraynaya özünü müdafiə etməyə kömək etmək Fransa və fransızları müdafiə etmək deməkdir. Əgər Rusiya öz iradəsini güc yolu ilə bir Avropa ölkəsinə qəbul etdirərsə, bütün Avropa zəifləyəcək", - o vurğulayıb.

Fransa liderinin sözlərinə görə, o, Moskvanın danışıqlarda maraqlı olduğunu görmür, Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi zərbələr isə Ukraynanı qış mövsümündə işıqsız qoymağa və bununla da Moskvanın şərtlərini qəbul etməyə məcbur etməyə yönəlib. Bu kontekstdə Kiyevə hərbi və enerji yardımının davam etdirilməsinin vacibliyi qabardılıb.

Fransa Prezidenti ədalətli və davamlı sülhə nail olmağı ikinci prioritet adlandırıb. O vurğulayıb ki, Avropa bu prosesdə tamhüquqlu rol oynamalıdır, çünki bütün qitənin təhlükəsizliyi onun nəticələrindən asılıdır.

Makron həmçinin bildirib ki, Fransanın təşəbbüsü ilə Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində 42 ölkə Avropa təhlükəsizlik prinsiplərinə dair bəyannaməni təsdiqləyib. Bundan əlavə, o, Ukraynaya təhlükəsizlik zəmanətləri hazırlamaq üçün yaradılmış "İstəklililər koalisiyası"nın işini xatırladıb.

Onun sözlərinə görə, müvafiq plan Ukrayna ordusuna dəstəyi və atəşkəsdən sonra ölkədə yerləşdirilə biləcək çoxmillətli qüvvələrin hazırlanmasını nəzərdə tutur. Hazırda təlimlər Polşada keçirilir, koalisiya iştirakçılarının növbəti görüşü isə Berlində planlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin